Yeddi vaqonluq qatarlar xəttə buraxılacaq

20.10.2022 14:33     Sosreaksiya     501

Bakı metropoliteni xəttə yeni yeddi vaqonluq qatarlar buraxacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun “bənövşəyi xətt”i üzrə hərəkət edəcəklər:

“Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə “bənövşəyi xətt” üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar