DİN xəbərdarlıq etdi

23.10.2022 13:57     Sosreaksiya     499

Ötən gün Laçında təmir-tikinti işləri aparan zaman minaya düşən şəxs müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşlarının çevikliyi və həkimlərin vaxtında müdaxiləsinə baxmayaraq, minaya düşən 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada vəfat edib:

“Bu cür hadisələrdən hər bir vətəndaş dərs çıxarmalıdır. Düşmən 30 il ərzində işğalda saxladığı ərazilərdə ağac əkmək əvəzinə, mina basdırmaqla məşğul olub. Ona görə də istər işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri aparan, istər xidməti vəzifələrini icra edən vətənfaşlarımız belə hadisələrdən nəticə çıxarmalıdır. Həmin ərazilərdə olarkən dövlət orqanları tərəfindən müəyyən edilmiş marşrutlardan kənara çıxmaq olmaz. Ona görə də vətəndaşlardan bir daha xahiş edirik ki, həmin marşrutlardan kənara çıxmaqla həyatlarını təhlükəyə atmasınlar”.

Xatırladaq ki, dünən axşam saatlarında Laçının Suarası kənd sakinləri - Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu ərazidə təmir-tikinti işləri apararkən minaya düşüblər. E.Həmidov bu gün xəstəxanada vəfat edib. S.Həsənovun müalicəsi davam etdirilir.

Şərhlər