Rusiyanın Birinci Kanalı məhkəməyə verildi
25.10.2022 12:50 Sosreaksiya 515
Rusiyalı bəstəkar Svetlana Loboda və həmkarı Oleq Vladi Rusiyanın Birinci Kanalını məhkəməyə verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi üçün "Sevgi ilə cəhənnəmə" hitini yazan Vladi bu bəstənin yayımlandığı verilişlərdə onun adını və soyadını görməyib.
Trek "Qızıl qrammofon", "Qoy danışsınlar" və "Bu gecə" verilişlərinin efirində səslənib.
Bəstəkar telekanala yazılı iddia göndərsə də, buna cavab verilməyib.
Sonra mahnının müəllifi Loboda Birinci Kanala qarşı iddia qaldıraraq, müəllifinin trekinin səsləndiyi verilişlərin yazılarını silməyi, həmçinin ona təzminat kimi bir milyon rubl ödəməyi tələb edib.
Qeyd edək ki, adıçəkilən kanal ölkə əleyhinə bir çox dezinformasiya yaydığına görə Azərbaycan XİN tərəfindən Rusiyaya nota verilib.
Şərhlər