Yeni qərar bu gündən qüvvəyə mindi

01.11.2022 13:09     Sosreaksiya     453

Bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı yeni tariflərlə hesablanacaq.

Reaksiya.az xəbər verir ki, müvafiq qərar Tarif Şurasının oktyabrın 26-da keçirilmiş iclasında qəbul edilib.

Belə ki, Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar