Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb
08.11.2022 13:29 Sosreaksiya 400
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.
“Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.
Şərhlər