"Sülhməramlılar özləri müdafiəyə ehtiyac duyur" - Erməni siyasətçi

15.11.2022 14:42     Sosreaksiya     305

"Ruslar hiss edirlər ki, bu, artıq onların işi deyil. Onlar indi etdikləri hər şeyin təkcə Ermənistan deyil, həm də özləri üçün pis olduğunu anlayırlar". 

"Unikal" xəbər verir ki, bu barədə erməni siyasətçi Levon Hayryan danışıb. 

O, jurnalistlərə ABŞ prezidenti Cozef Baydenin bəyanatını xatırladıb: "Baydenin bəyanatını oxumusunuz? Bayden deyir ki, ola bilər Qarabağdakı rus sülhməramlılarının özləri müdafiəyə ehtiyac duyurlar. Çoxları düşünür ki, bu, sadəcə, fantastik söhbət, bəyanatdır,. Amma mən tarixi çox yaxşı bilirəm, bildiklərimi də yaxşı xatırlayıram. Ruslar sonunda başa düşəcəklər ki, gəldikləri gündən həmişə türklərə güzəştə getməli olublar. Türklərin Naxçıvan sektorunda rus helikopterini necə vurduğunu xatırlamırsınız? Ruslar heç nə etmədilər. Bu da rusların zəifliyindən xəbər verirdi". 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar