Ərdoğan Azərbaycana təşəkkür etdi

15.11.2022 14:43     Sosreaksiya     248

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Reaksiya.az xəbər verir ki, Ərdoğan bu barədə Tvitterdə paylaşım edib.

“İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - o bildirib.

Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna və başqa ölkələrin bayraqları əksini tapıb.

Reaksiya.az

Şərhlər