İranın parçalanma qorxusu - həbs olunanların azadlığa buraxılması nəyə işarədir?..
16.11.2022 14:34 Sosreaksiya 378
Sistan və Bəlucistan vilayətində son iğtişaşlarda saxlananılarlardan 37 nəfəri, bölgə tayfalarının ağsaqqallarının dini rəhbərinin həmin vilayətdəki nümayəndəliyə etdiyi müraciət əsasında azadlığa buraxılıblar.
Reaksiya.az "Media Araşdırmaları və Monitorinq Mərkəzi"nə istinadən xəbər verir ki, Sistan və Bəlucistan vilayətində yaşayan tayfaların ağsaqqallarının dini rəhbəri, həmin vilayətdəki nümayəndəsi, Ayətullah Məhami ilə görüşərək son saxlananların azadlığa buraxılmasını xahiş edib.
Dini rəhbərin həmin vilayətdəki nümayəndəsi ağsaqqalların xahişini dini rəhbərə çatdırıb və o həmin adamların azadlığa buraxılmasına dair öz razılığını bildirib.
Yaxın günlərdə daha 40 nəfərin də əfv olunaraq azadlığa buraxılacağı ehtimal olunur.
Qeyd edək ki, bu qərar ancaq Sistan və Bəlucistan bölgəsində aiddir. Digər ərazilərdə həbs olunanların azadlığa qovuşması hələki sual altındadır. Sistan və Bəlucistanda yaşayan tayfaların böyük bir hissəsi Əfqanıstan və Pakistandan gəlmələrdi. Zahidan, Səravan və bölgənin digər şəhərlərində törədilən son cinayətlərdən sonra həmin ölkələr tərəfindən reaksiyalar gözlənilir. İran bir neçə dəfə Taliban qarşısında geri çəkilib, o cümlədən Hirmənd çayından su payı tələb etsə də, sonra faktiki olaraq vaz keçib. İran parçalanma təhlükəsi ilə qarşı-qarşıyadır və böyük ehtimalla bu prosesin məhz həmin bölgədən başlayacaq. Atılan son addım da məhz hadisələri qabaqlamağa hesablanıb.
Həmin şəxslərin əfvi, tayfaların ağsaqqallarının dini rəhbərinin həmin vilayətdə olan nümayəndəsinə etdikləri müraciətdən sonra baş tutması onu göstərir ki, böyük əksəriyyətini əhli-sünnət təşkil edən bəluc millətinin mənəvi lideri olan, Zahidanın imam cüməsi Mövləvi Əbdülhəmidin müraciəti yox, məhz adları bəlli olmayan tayfaların ağsaqqallarının müraciətini əsas götürərək bu addımı atması Xamneyinin özünün imam cümə təyin etdiyi Mövləvi Əbdülhəmidə inanmamasıdır. Nəticə etibarı ilə bölgənin əksəriyyətinin mənəvi liderinə, əhli-sünnətə mənsub olduğu və millətin rəğbətini qazandığı üçün qəzəbi tutub və o, bu hərəkəti ilə bildirmək istəyir ki, artıq mənim üçün yoxsan. Mövləvi Əbdülhəmid indiki əhli-sünnət mollaları içində ən ədalətlisi və ən cəsarətlisidir və bu cəsarətini qismən də olsa mənsub olduğu tayfalardan və onların qonşu ölkələrdə olan qollarından alır.
Bu əfv fərmanı böyük ehtimalla real təhlükə mənbəyi olan Sistan və Bəlucistanla sona çatacaq. Başqa bölgələrdə, hələlik real parçalanma təhdidi olmadığı üçün yaxud fəallarının barışmaz olduğu üçün belə əfv fərmanın verilməsi gözlənilmir.
Şərhlər