Rəisi Xuzistan vilayətinin “İzə” şəhərində baş verən hadisələrlə bağlı göstəriş verdi

17.11.2022 13:41     Sosreaksiya     378

İran prezidenti İbrahim Rəisi, Xuzistan vilayətinin qubernatoru ilə telefon danışığında hadisəni törədənlərin ən qısa zamanda ifşa olunması və cəzalandırmasını istəyib.

Reaksiya.az xəbər verir ki, o, həmçinin yaralıların müalicəsi üçün bütün imkanların səfərbər olmasına dair göstəriş verib.

Qeyd edək ki, Xuzistan vilayəti İranın cənub-şərqində yerləşir və əksəriyyət əhalisini ərəblər təşkil edir. Uzun müddətdir ərəblər müstəqillik uğrunda mübarizə aparır. Bu mübarizədə onlarla qurban veriblər. 2019-cu ildə həmin vilayətin təkcə Mahşəhr şəhərində 30-a yaxın etirazçı qətl edilib.

Hökumət istənilən fürsətdən bu vilayətin sakinlərinə qarşı tədbirlərə əl atmadan istifadə edir.

Dünən axşam İzə şəhərində keçirilən aksiyalarda, əsasını Sepah üzvləri təşkil edən hökumət qüvvələrindən ibarət bir neçə şəxs maşın və motoskletlə keçərək aksiyaçılara atəş açıb. Nəticədə 3-ü hökumət adamları olmaqla 5 nəfər ölüb və ikisinin vəziyyəti ağır olmaqla çoxlu yaralılar var. Eyni hadisə İsfahan şəhərində də baş verib. Yəni müəyyən adamlar həm hökumət adamlarna həm də aksiyaçılara atəş açıb. Bunlar əlbəttə hökumətə yaxın olan medialarda yayılan məlumatdır və həmin şəhərlərdə internet bağlantısı tam kəsilib və müstəqil mənbələrdən bunu araşdırıb təsdiq etmək mümkün deyil.

Hadisənin hökumət saytları tərəfindən geniş miqyasda işıqlanmasını nəzərə alsaq, keçmişdə olduğu kimi, belə qənaətə gəlmək olar ki, bu işlərin başında məhz hökumət özü dayanır. Şiraz şəhərində yerləşən Şahçıraq ziyarətgahı hadisəsində hökumət tam ifşa olunandan sonra, indi də bu təşəbbüsə əl atmaqla belə bir mesajı ötürmək istəyir: “ay millət üçüncü bir tərəf var və bu həm bizim həm də sizin qanlı düşmənidir. Gəlin bu düşmənə qarşı birləşək.”

Keçmişdə olduğu kimi bu dəfə də bu ssenariyə kimsə inanmayacaq, çünki hökumətin xalq yanında etibarı qalmayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar