İstanbulda terror törədən şəxs əmri kimdən aldığını açıqladı
17.11.2022 13:57 Sosreaksiya 330
Türkiyənin İstanbul şəhərində bombalı hücum həyata keçirən qadın terrorçu Əhlam Əlbəşir və digər şübhəlilər tibbi müayinədən keçirildikdən sonra ədliyyəyə aparılıblar.
Terrorçu polisə verdiyi ifadəsində təşkilatla ilk təması haqda danışıb.
Onun PKK/YPG silahlı terror təşkilatının üzvü olduğu üzə çıxıb.
O, terror təşkilatı ilə sevdiyi adam vasitəsilə tanış olduğunu bildirib: "YPG ilə 2017-ci ildə Mənbicdə tanış oldum. Əhməd A. adlı bir adamla tanış oldum, onun YPG üzvü olduğunu öyrəndiyim. Sonra mən də onun ardınca getdim. Burada təşkilat məni cəlb etməyə çalışdı, tapşırıqlar verdi. Bir müddət sonra Əhmədin izini itirdim, amma təşkilatla münasibətim kəsilmədi. Onlar da məni tərk etmədilər".
Şərhlər