Azərbaycan İsraildə səfirlik açır

18.11.2022 12:28     Sosreaksiya     362

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Reaksiya.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Bundan əlavə, qeyd edilən qanun layihəsindən dərhal sonra “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
Milli Məclisin bu gün keçirilən iclasında, həmçinin Azərbaycanın Albaniya və Keniyada diplomatik nümayəndəliklərinin açılmasına dair qanun layihəsi  müzakirə olunacaq.
 

Şərhlər