İran Zəngəzurda həm konsulluq açır, həm də iqtisadi varlığını yaradır

18.11.2022 13:03     Sosreaksiya     322

İran tərəfi Ermənistanın Zəngəzur bölgəsində bütün sahələrə maraq göstərir. Tehran Qafan şəhərində konsulluq açmaqla yanaşı, həm də iqtisadi mövcudluğunu yaratmağa çalışır. Məlumatlara görə, İran tərəfindən olan iş adamları Qafandakı bazarın sahibi ilə uzunmüddətli icarə müqaviləsi bağlayıb və Qafanın “Həyat Evi” ticarət mərkəzi  icarəyə götürülüb.

Bu barədə “Hraparak” qəzeti yazıb.

“Qafanda hamı bilir ki, “Həyat Evi”nin sahibi Gorusdandır, Sünikin keçmiş qubernatoru Edik Barseqyandır", - deyə məlumatda qeyd edilib.

Məlumata görə, Edik Barseqyan Zəngəzurda tikdirdiyi bir neçə yaşayış evi iranlılara kirayə verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar