Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana qarşı qətnamə qəbul edib
18.11.2022 16:58 Sosreaksiya 344
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana qarşı qətnamə qəbul edib.
Reaksiya.az Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) noyabrın 17-sində qəbul etdiyi qətnaməyə əsasən İran həmin agentliklə əməkdaşlıq etməyə borcludur. Çin və Rusiya qətnaməyə qarşı çıxsa da, qətnamə yüksək səs çoxluğu ilə qəbul edilib.
Agentlik qətnaməni uzun müddət bundan əvvəl İsrailin baş naziri Nataniyahunun media konferansında anonsunu verdiyi üç müxtəlif yerdə nüvə maddələrinin mənşəyi barədə ortaya qoyduğu suallara İran tərəfinin laqeyd yanaşması fonunda qəbul edib və icrası məcburi xarakter daşıyır.
İran bu qətnaməni icra etməsə çox güman növbəti dəfə işinə BMT-nin Təhlükəsizlik Şurasında baxılacaq və bu mərhələdə artıq Nüvə Sazişi və onunla əlaqədar aparılan danışıqlar tarixə qovuşacaq.
Rəsmiyyə Allahverdiyeva
Şərhlər