Paşinyan yeni nazirlik YARADIR

24.11.2022 12:43     Sosreaksiya     239

Ermənistanda yeni nazirlik yaradılacaq. 

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, yeni layihədə Daxili İşlər Nazirliyinin yaradılması nəzərdə tutulur. Belə ki, yeni yaradılacaq nazirliyin tərkibinə üç xidmət daxil olacaq: polis, xilasetmə xidməti və miqrasiya və vətəndaşlıq xidməti.

Ədliyyə naziri vəzifəsini icra edən Qriqor Minasyan layihə haqqında məlumat verərək bildirib ki, xidmət rəhbərlərini Baş nazir, müavinləri isə daxili işlər nazirinin təklifi ilə vəzifəyə təyin və vəzifədən azad edəcəklər.

 

Reaksiya.az

Şərhlər