Joxovurd: Ruben Vardanyan Qarabağa xaricdən “kadrlar” gətirir
24.11.2022 14:00 Sosreaksiya 341
Qarabağda rus sülhməramlıların nəzarət etdiyi hissədə “dövlət” elan edən oyuncaq rejimin yeni “naziri” yerli “kadrların” hamısını qovub. Yeniləri ya Ermənistandan, ya da xaricdən gətiriləcəklər.
Bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
“Qarabağın yeni təyin olunmuş “dövlət naziri” Ruben Vardanyan əsl kadr “talanına” başlayıb. Dünən o, bütün “nazirləri” işdən çıxarıb, yalnız dörd müvəqqəti icra edənləri təyin edib. Hələlik yeni adlar açıqlanmayıb. Qəzetin danışdırdığı Qarabağdan (qondarma rejim-red.) olan həmsöhbətin sözlərinə görə, Vardanyan bu məlumatı ciddi şəkildə məxfi saxlayır. Bu məsələ kiminlə müzakirə edilir, yoxsa özümü qərar verir, bilinmir. O, bu gün Xankəndində qeyri-standart həll yollarına ehtiyac olduğunu daim vurğulayır və bunun üçün uyğun mütəxəssisləri gətirir”, - deyə, o bildirib.(musavat)
Şərhlər