Naxçıvanın muxtariyyət satusunun ləğvi nə üçün vacibdir? - SƏBƏB

29.11.2022 13:00     Sosreaksiya     311

“Əlbəttə, məsələnin hüquqi tərəfinin dəqiqləşdirilməsinə ehtiyac var. Ancaq fikrimcə, Naxçıvanın muxtar statusunun ləğvinə ehtiyac var”.

Bunu siyasi şərhçi Elxan Şahinoğlu Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Bu statusun ləğvinin vacibliyi yalnız Naxçıvanda baş verən qanunsuzluqlar, korrupsiyanın geniş miqyas alması və İranla şübhəli əlaqələrlə bağlı deyil. Naxçıvanın birbaşa Bakıya tabe etdirilməsi və statusunun ləğvi Qarabağ məsələsində əlimizi gücləndirəcək”, - ekspert vurğulayıb.

E.Şahinoğlu xatırladıb ki, dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq aləmə və ermənilərə dəfələrlə mesaj göndərib ki, bölgənin heç bir statusu olmayacaq:

“Buna istinad edərək Azərbaycanın digər heç bir ərazisinin də fərqli statusu olmamalıdır ki, beynəlxalq aləm və ermənilər Naxçıvanın muxtar statusunu bəhanə edib bizdən Qarabağ üçün də eynisini tələb edə bilməsinlər”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar