NATO “soyuq müharibə” dövrünün prioritetlərinə qayıdır - Lavrov
01.12.2022 13:23 Sosreaksiya 456
“NATO-nun genişlənməsi Rusiyaya təhdid yaradır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Alyans Rusiya sərhədlərinə yaxınlaşır. NATO-nun genişlənməsi Rusiyaya təhdid yaradır. Təşkilat dünyada dominantlıq etmək istəyir. NATO inkişaf edən ölkələrə qarşı hazırlaşır. NATO “soyuq müharibə” dövrünün prioritetlərinə qayıdır. Rusiyanı Avropadan kənarda saxlamağa çalışır. ABŞ artıq bütün Avropa Birliyini kontrolda saxlayır”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, Qərblə münasibətlər yalnız yeni prinsiplər əsasında qurula bilər: “Qərblə əvvəlki dövrlərin münasibətlərinin bərpa edilməsi artıq mümkün deyil”.
Şərhlər