Türkiyənin Samsun limanında partlayış baş verdi

02.12.2022 14:04     Sosreaksiya     655

Türkiyənin Samsun limanında partlayış baş verib.

 Bu barədə “A Haber” telekanalı məlumat yayıb.

“Məlum olmayan səbəbdən Samsun limanında partlayış baş verib. Liman ərazisinə yanğınsöndürmə briqadaları göndərilib, partlayışdan sonra orada yanğın başlayıb”, - telekanalın məlumatında bildirilib.

Zərərçəkənlər və partlayışın səbəbləri barədə məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Reaksiya.az

Şərhlər