Bayramov naməlum əsgərin məzarı önünə əklil qoydu

05.12.2022 12:21     Sosreaksiya     862

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kreml divarları yaxınlığında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, C.Bayramov səfər çərçivəsində bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcək, həmçinin regional, beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Reaksiya.az 

Şərhlər