Xalq artisti Habil Əliyev xəstəxanadan evə buraxıldı

22.08.2015 11:18     Sosreaksiya     1799

Azərbaycanın xalq artisti Habil Əliyev xəstəxanadan evə buraxılıb.

Reaksiya.az xəbər verir ki, bu məlumatı sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyevə verib.

Onun sözlərinə görə, xəstəxanadan evə buraxılmasını Habil Əliyev özü istəyib:

“Xəstəxanada qalmaq istmədi. Biz də, həkimlər də onun xahişinin əksinə getmədik. İndi özünü yaxşı hiss edir. Doğmaları, ailə üzvləri, həkim personalı başının üstündədir”.

Ş. Əliyevə əlavə edib ki, H. Əliyev ev şəraitində müalicə alacaq:

“Xəstəxanada hansı müalicəni alırdısa, evdə də o qaydada davam edəcək. Evdə bütün şəraiti yaratmışıq, narahatlıq yoxdur”.

 

 

Şərhlər

Çox oxunanlar