Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı
29.12.2022 12:17 Sosreaksiya 476
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
Reaksiya.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
"Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb", - vəkil bildirib.
Şərhlər