Naxçıvan DİN niyə ləğv olunmadı? - Fazil Mustafa

29.12.2022 13:48     Sosreaksiya     489

Naxçıvanda bu proseslərin necə tənzimlənəcəyi yəqin ki, qərarlaşdırılıb və dövlət səviyyəsində prezidentin tapşırığı ilə həyata keçirilir. Bu istiqamət də yeni bir variant olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilməsi haqda danışarkən deyib.

Millət vəkili Daxili İşlər Nazirliyinin başqa qurumlardan fərqli olaraq daha geniş struktura malik olduğunu qeyd edib:

“Ona görə də nazirliyi ləğv edərək, əvəzinə Baş İdarə yaratmaq problemli məsələdir. Birinci növbədə bu iş konkret layihə ilə həyata keçirilməlidir. Çünki burada söhbət həm maaşlardan, həm də ştatlardan gedir. Bu ştatlarda xeyli dəyişiklər olunmalıdır. Çox güman ki, bu səbəbdən mövcud qurumun saxlanılmasına üstünlük verilib. Amma gələcəkdə bütün strukturlarda olduğu kimi, burada da dəyişiklərin olması istisna deyil”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar