Sülhməramlılara məxsus avtomobil Laçından Xankəndi istiqamətinə keçib

04.01.2023 12:53     Sosreaksiya     435

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Reaksiya.az xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 1 təminat avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 13-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 10-u isə Rusiya sülhməramlılarına məxsusdur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar