Azərbaycan Animasiya Assosiasiyasının saytı işə başlayıb

04.01.2023 13:32     Sosreaksiya     347

Azərbaycan Animasiya Assosiasiyasının www.anima.az saytı işə başlayıb.

Reaksiya.az xəbər verir ki, assosiasiyanın əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etməkdir. Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.

Azərbaycan Animasiya Assosiasiyasının digər məqsədləri aşağıdakılardır:

  • Animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək;

  • Animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq;

  • Milli animasiya maraqlarını müdafiə etmək;

  • Milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etmək.

Azərbaycan Animasiya Assosiasiyası bir qrup animasiya peşəkarları tərəfindən yaradılmış qeyri-hökumət təşkilatıdır. Assosiasiya 19 aprel 2022-ci ildə qeydiyyata alınsa da, fəaliyyətə 2016-ci ildən başlayıb. Daha geniş informasiyanı assosiasiyanın rəsmi saytından tapmaq olar: www.anima.az.

Assosiasiyaya həm üzv, həm də könüllülər dəvət olunur.

Azərbaycanda animasiya kinosu ilə məşğul olan hər bir fiziki şəxs – rejissorlar, animatorlar, rəssamlar, bəstəkarlar, montajçılar, ssenari müəllifləri və hüquqi şəxslər – animasiya studiyaları, distribütor şirkətləri, kinoteatrlar və QHT-lər assosiasiyaya üzv ola bilərlər. Üzvlərin imtiyaz və hüquqları barədə saytda geniş məlumat var. Assosiasiyaya üzv olmaq üçün onlayn qeydiyyat forması sayta yerləşdirilib.

Birlik istedadlı və fəal gənclər arasında animasiya kinosu sahəsində peşəkar fəaliyyəti təbliğ etmək məqsədilə qısa və uzunmüddətli könüllülük proqramları həyata keçirir. Fərqli istiqamətli könüllülük proqramlarına vebsayt vasitəsilə müraciətlər qəbul edilir.

Şərhlər

Çox oxunanlar