"20 Yanvar-qanla yazılan istiqlal tarixi" - mövzusunda tədbir keçirib

16.01.2023 14:44     Sosreaksiya     426

"20 Yanvar-qanla yazılan istiqlal tarixi"mövzusunda tədbir keçirib.
 
Reaksiya.az xəbər verir ki, tədbirə bir çox siyasi partiyaların və təşkilatların nümayəndələri qatılıb.
 
Tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl 20 Yanvar gününün tariximizdəki yeri haqqında məlumat verərək bildirib ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqı  mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Həmçinin Bəhram İsmayıl bildirib ki, 20 Yanvar gecəsi sovet rejimi bütün tarixi boyu törətdiyi cinayətlər sıra­sına misli görünməyən bir vəhşilik aktı da əlavə etdi. Bununla belə Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçən hər bir Vətən övladı Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı.
 
Daha sonra "20 yanvar" ictimai birliyinin sədrinin müavini Sahib Əlizadə rus ordusunun 90-cı ildə Bakıda törətdiyi qətliam haqqında danışıb.
 
Azərbaycan Xalq Hərəkatının aparıcı şəxslərindən olan AXP sədri Pənah Hüseyn 20 Yanvar hadisələrinin siyasi aspektləri, bu hadisələrin bütövlükdə sovet imperiyasının dağılmasında rolu haqda çıxış edib.
 
Tədbirdə "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi" nin sədri Radə Abbas, Göçə-Zəngəzur Türk Cümhuriyyəti adından Rizvan Talıbov, Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa, Milli Hərəkatın öncüllərindən Bünyamin Qənbərli, AMİP Siyasi Şurasının üzvü Teyyib İsmayıl və digərləri çıxış edərək 1990-cı il 20 Yanvar hadisələrinin istiqlal tariximizdəki yeri və rolu haqda danışlblar.
 
Tədbir tarixçi-alim, prof. Boran Əzizin çıxışı ilə başa çatıb.
 
 
 

 

Şərhlər

Çox oxunanlar