DİN: "Azərbaycanda cinayətlərin sayı azalıb"

23.01.2023 15:48     Sosreaksiya     222

Azərbaycanda cinayətlərin sayı azalıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4, mal-qara oğurluğu 21,3 faiz azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanda 36 494 cinayət qeydə alınıb.

Reaksiya.az

Şərhlər