Sülhməramlıların gizli biznesi: Laçın yolundan nə daşıyırlar?
23.01.2023 16:15 Sosreaksiya 375
Rusiya sülhməramlıları Qarabağda biznes şəbəkəsi qurub.
Bu iddia Ermənistan mediasında yayılıb.
Məlumata görə, sülhməramlılar Laçın yolundan daşıdıqları yüklər arasında siqaret, dərman və digər ləvazimatlar da keçirir.
“Bu ləvazimatlar Ermənistanda ucuz yolla əldə olunur, Qarabağda baha qiymətə satılır. Misal üçün, 10 min drama 10 qutu siqaret alırlar, Qarabağda bir neçə dəfə baha qiymətə satdırırlar.
Bu, gizli korrupsiya sixeminin bir hissəsidir. Humanitar yüklər arasında keçirilən bu mallar vasitəsilə sülhməramlılar külli miqdarda pul qazanır”, - “Birinci xəbər” saytı yazır.(publika)
Şərhlər