Rəsmi Bakıdan ABŞ-a Laçın yolu ilə bağlı cavab
25.01.2023 14:35 Sosreaksiya 484
"Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”
Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə öz "Twitter" hesabında yazıb.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobil ABŞ Dövlət Departamentinin yanvarın 24-də dediklərinin əksini sübut edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı blokadanı açmağa çağırmışdı.
Şərhlər