Təxliyə üçün son 6 gün – Xankəndidə nə baş verir?
25.01.2023 14:39 Sosreaksiya 466
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin təxliyə ediləcəyinə dair məlumatlar yenidən gündəmə gəlib.
Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, separatçı rejimin adından təxliyə ilə bağlı sənədlər yayılıb.
Qondarma rejim bu sənədləri təkzib edir, lakin təxliyə xəbərlərinin intensiv şəkildə yayılması erməni əhalisi arasında təşvişə səbəb olub.
Məlumatlara görə, təxliyə prosesinə fevralın 1-də başlamaq qərarı var. Hətta Ruben Vardanyanın göstərişi ilə təxliyə üçün 50 avtobusun ayrıldığı haqda xəbərlər var idi.
Separatçılar artıq dəfələrlə gündəmə gələn belə xəbərləri təkzib etsələr də, ermənilər inanmır.
Qərarla bağlı sənədin yenidən sosial şəbəkələrdə peyda olması erməni istifadəçilərin şübhələrini daha da artırıb.
“Təxliyə üçün son 6 gün” – Hovhannisyan adlı erməni istifadəçi yazıb.
Şərhlər