"Vəsaitlər məhv olub gedir" - Deputat

25.01.2023 14:48     Sosreaksiya     473

"Vəkillər hələ də PCR test verməklə məhbusların yanına gedir".

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, təyyarədə gedənlər, xəstə yanına gedənlər üçün bu tələb ləğv olunubsa, cəzaçəkmə müəssisələrində də ləğv olunması məqsədəuyğun olar. 

N.Həmzəyev Gəncəbasar zonasında tikilmiş cəzaçəkmə müəssisələrinin hələ də istifadəyə verilmədiyini diqqətə çatdırıb: “Gəncəbasar və cənub zonasında yeni cəzaçəkmə müəssisələri tikilib, demək olar ki, hazırdırlar, amma fəaliyyət göstərmirlər. Ora çəkilmiş vəsaitlər məhv olub gedir və bir müddət sonra daha çox vəsait tələb olunacaq. Dustaqların valideynləri, yaxınları görüş üçün uzun yol qət edərək, əziyyətlə Bakıya gəlirlər. Düşünürəm ki, bu il maksimum gələn ilə o cəzaçəkmə müəssisələri fəaliyyətə başlamalıdır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar