Qərbi Azərbaycanlıların 1988-ci ildə əsl soyqırımı yaşadıqlarını hər kəs bilməlidir..
27.01.2023 12:56 Sosreaksiya 525
Qərbi Azərbaycandan, İrəvandan, Zəngəzurdan azərbaycanlıların köçürülməsinin tarixi əsasən1774-cü il Küçük Qaynarça, 1791- ci il Yassı müqaviləsi, 1813 Gülüstan, 1828-ci il Türkmənçay və 1878-ci ildə bağlanmış San-Stefano müqaviləsi ilə Cənubi Qafqazda yeni bir münaqişə ocağının meydana gəlməsinin başlanğıcını qoydu. Dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları əsasında xəritələr cızılmasına, Azərbaycana və Türkiyəyə, xüsusilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinə əsassız iddialar irəli sürülməsinə və s. səbəb oldu.
Nəticədə ilk zamanlar kiçik kəndlərdən, sonra isə böyük kəndlər, qəsəbələr və şəhərlərdən azərbaycanlılar hissə hissə çıxarılmağa başlandı. Bu kütləvi köçürmələr yüzlərlə insanın ölümü, həyat faciələri üzərində qurulmuş idi. Bu tarixi faktlar barədə çox yazıblar. Bu barədə zamanla yazacam məndə. Əsas diqqəti bu fotoya yönəltmək istəyirəm.
Bu balaca uşaq Qərbi Azərbaycandan qovulmuş bir ailənin övladıdır. Ordan qovulan minlərlə insan ya qatarla, ya maşınla, əksəriyyəti isə piyada olaraq Azərbaycana gəliblər. Bu uşağın ailəsi piyada, o boyda yolu ayaqyalın, isti geyimi olmadan, yeməyə yalnız quru çörək və su olaraq Şimali Azərbaycana gəlib. Bura təxminən indiki Ermənistanla sərhəd yerdir və ailə dincəlmək üçün dayanıb. 10 saat piyada gələn uşaq görün nə vəziyyətdə yatıb. Balaca vannanın içində...soyuq havada, ayaqyalın..ac və susuz. Üstünə örtməyə odeyal yoxdur..Görün necə yorğundur.. 10 saat ayaqyalın yol gəlmək onu necə yorub...
Qərbi Azərbaycanlıların torpaqlarından köçürülməsi prosesi uzun illər gizlədilib. Kadrlar silinməyə cəhd edilib, şəkillər hər yerdən götürülüb. Qərbi Azərbaycanlıların öz torpaqlarından Şimali Azərbaycana qovulması xüsusilə 1988-ci ildə çox ağır olub. Sovetlər və Azərbaycanda erməni məmurlar bunları gizlətməyə çalışsalar da şəxsi arxivlərdən çox nadir fotolar, videolar əldə etmək mümkün olub. İndi onların əksəriyyəti bizim əlimizdə var. Dünyaya tarixdə görülməmiş bir faciəni təqdim etmək üçün gücümüz çatan qədər çalışacıq...
Heç nəyə görə yox. Sadəcə bu uşağın yaşadıqlarını daha heç kim yaşamasın deyə...bu uşağın çəkdiyi ağrıları dünya görməlidir.....
Bu gün minlərlə Qərbi azərbaycanlı uşaqların babalarının doğma yurduna qayıtması üçün bütün dünyaya savaş açmalıyıq...O torpaqlar bizimdir... nəyin bahasına olursa olsun bu uşağın yaşadıqlarının qisasını alacağıq..
Hissə hissə nadir fotolar və videoları üzə çıxarıb 1988-ci illərin ən dəhşətli günlərini göstərəcik...
Qərbi Azərbaycanlıların 1988-ci ildə əsl soyqırımı yaşadıqlarını hər kəs bilməlidir..
Bu uşağın fotosu isə mübarizə fotosu olacaq....
Zaur Əliyev
Şərhlər