İsrail çətin anda Azərbaycan xalqı ilə həmrəydir - SƏFİR
27.01.2023 17:12 Sosreaksiya 549
İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.
Bu barədə İsrail səfiri Corc Dik "Twitter" hesabında paylaşım edib.
"İsrail səfirliyi bu çətin anda Azərbaycan xalqı ilə həmrəydir", - diplomat vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
Şərhlər