Azərbaycan rəsmiləri şəhidimizin dəfnində

30.01.2023 13:34     Sosreaksiya     444

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, deputat Erkin Qədirli və s. Iştirak ediblər.

 

Şərhlər