Türkiyənin İraqdakı hərbi bazasına 8 raket atıldı

01.02.2023 12:56     Sosreaksiya     453

İraqın şimalında Türkiyə hərbçilərinin yerləşdiyi Zelikan hərbi bazası raket hücumuna məruz qalıb.

Bu barədə məlumatı İraqın “Shafaq” agentliyi yayıb. 

Məlumata görə, hərbi bazaya 8 raket atılıb. Raketlərdən ikisi bazanın ərazisinə, digərləri isə bazadan kənara düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb. Raketlərin kim tərəfindən atıldığı da açıqlanmayıb.

Reaksiya.az

Şərhlər