Məşhur şirkət 158 milyard dollar itirdi

22.08.2015 13:17     Sosreaksiya     2330

Dünya nəhəngi “Apple” şirkəti 158 milyard ABŞ dolları itirib.

Reaksiya.az xəbər verir ki, bunu nüfuzlu Bloomberg agentliyi yazıb.

Texnologiya nəhənginin vəsait itirməsinə dünyada baş verən devalvasiya səbəb olub. Belə ki, təkcə bir gün, 21 avqust tarixində şirkətin səhmləri 6,72 dollara düşüb, yəni 6 faiz ucuzlaşıb.

Qeyd edək ki, bu həftənin əvvəlindən başlayan devalvasiya bir sıra böyük şirkətlərin külli miqdarda pul itirməsi ilə nəticələnib. Hazırda devalvasiya davam edir və bunun hələ bir müddət nəhəng şirkətlərə problem yaradacağı istisna edilmir.

Şərhlər

Çox oxunanlar