İsrail səfiri azərbaycanlı həmkarının fəaliyyətindən YAZDI

28.02.2023 15:12     Sosreaksiya     323

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik azərbaycanlı həmkarının İsraildə fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.

 Dik bu barədə tviter səhifəsində paylaşım edib.

"Xoş gəldin, cənab səfir! Azərbaycanın ilk səfiri İsrailə gedib çatdı. Bizim əlaqələrimizdə yeni era başlayır", - deyə səfir yazıb.

Qeyd edək ki, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bu gün İsrail XİN rəsmisi ilə görüş keçirib.

 

 

Şərhlər