Bakıdakı atışma ilə bağlı tutulan şəxsdən xəbər var
13.03.2023 12:47 Sosreaksiya 391
Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentə görə saxlanılan Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Elvin Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə 3 gün əvvəl-martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Şərhlər