Putinlə Paşinyan sülh sazişini müzakirə etdi
13.03.2023 14:13 Sosreaksiya 431

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların icrasını, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsinə dair addımları müzakirə ediblər.
Onlar həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə hazırlığı müzakirə ediblər.
Şərhlər