Ürəktutmaların artmasının ŞOK SƏBƏBİ: vaksindir, yoxsa?.. - Rəşid Mahmudovdan xəbərdarlıq

14.03.2023 13:44     Sosreaksiya     415

Son vaxtlar ürəktutmasından vəfat edənlərin sayında artım müşahidə olunur. Bir çoxları bunu stresli dönəm, ümumi gərginlik, qeyri-sağlam qidalanma ilə əlaqələndirsələr də, mövcud vəziyyətin COVİD-19 virusundan qaynaqlandığını, hətta koronavirusa qarşı vurulan vaksinlə bağlı olduğunu deyənlər də var.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov ürəktutmanın vaksinlə əlaqəsi olmadığını bildirib.

O, koronavirusun ifraz etdiyi toksinin yox, zəhərin insana ziyan vurduğunu deyib:

“Həmin zəhər damarlarda tromb əmələ gətirir. Koronadan sonra yaranan tromb isə orqanizmdə qalır. Dünya statistikasına görə, ən təhlükəli yaş həddi 45-55 yaş arasıdır. Ona görə də hər kəs 45 yaşdan sonra “Kardio maqnil”, “Aspirin” dərmanlarından istifadə etməlidir. Bu preparatlardan mütləq istifadə etmək lazımdır”.

 

R.Mahmudovun sözlərinə görə, vaksinin insanlara ziyanı yox, xeyiri var:

“Vaksinin insan orqanizminə heç bir ziyanı yoxdur. Əksinə, vaksin qan laxtalanmasının qarşısını alır. Koronavirusdan sonra yaranan laxtalanma hərəkət etdikcə ağ ciyəri tutur və nəticədə qəfil ölüm baş verir. Buna isə el arasında “qəfləti ölüm” deyilir. Ona görə də məsləhət görərdim ki, insanlar mütləq qan laxtalanmasının qarşısını alan dərman içsinlər. Təəssüf ki, trombun müalicəsi üçün adını çəkdiyim preparatlardan başqa dərman yoxdur”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar