Əliyevi heç kim dayandıra bilməyəcək – Erməni siyasətçi etiraf etdi

24.03.2023 12:32     Sosreaksiya     359

“Ermənistandakı situasiya Bakı üçün hədiyyədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin eks-katibi Vaaqn Məlikyan deyib.

“Əliyev parçalanmış və bölünmüş cəmiyyəti görür və bundan maksimum fayda götürməyə çalışır. Ermənistan bəlli səbəblərdən zəif vəziyyətdədir və getdikcə daha da zəifləyir. Baxın, bu gün Paşinyan hökumətin iclasında hansısa mətni oxuyub: genosid, eskalasiya deyir, sonra isə “biz yenə də sülh gündəmini irəlilətməliyik” fikirlərini söyləyir. Əgər genosid təhdidindən danışırsınızsa,  necə sülh gündəmini irəli sürə bilərsiniz? Başqa sözlə siz genosid olmaması üçün sülh imzalayırsınız?

İnsanlar Qarabağın Azərbaycana inteqrasiyası ilə bağlı 1001 nümunə gətirirlər, onlar isə bizi bunların təhrif edildiyinə, belə söhbətin qarşı tərəflə edilmədiyinə inandırırlar. Bir sözlə, hökumət məsələlərə institusional yanaşır. Onlar gündəmə ən absurd ideyanı buraxırlar, sonra isə onun əsasında özlərinin gələcək fəaliyyətlərini qurmağa başlayırlar. Paşinyan genosid deməklə sabah sülh müqaviləsini imzalamaq üçün əsas yaradır”, – o bildirib.

Eks-diplomat həmçinin hazırda Azərbaycan Prezidenti İlham Əliyevi İrəvanı öz şərtləri ilə sülh müqaviləsini imzalamaqdan imtina etdirəcək heç bir geosiyasi hadisənin yaşanmayacağını da söyləyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar