Ramiz Mehdiyevin ailəsinin bankının rəhbəri işdən çıxdı

27.03.2023 12:11     Sosreaksiya     405

“Bank BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev işdən çıxıb.

Reaksiya.az “Unikal”a istinadən xəbər verir ki, onun vəzifəsini müvəqqəti olaraq I müavini Eldəniz Hüseynov icra edir.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Qeyd edək ki, “BTB Bank”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar