İran bankının Bakıdakı mənzilləri satışa çıxarıldı – QİYMƏT
10.04.2023 12:29 Sosreaksiya 601
İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Güney Azərbaycan” Teleqram kanalı yayıb.
Məlumata görə, ümumilikdə 3 mənzil və 6 qeyri-yaşayış obyekti, o cümlədən “Babək Plaza”da İran Milli Bankına məxsus ofis satılır.
Bankın satışa çıxardığı mənzillərin Bakının mərkəzində, “28 may” metrostansiyası, Kövkəb Səfərəliyeva küçəsi ev 42 və 44 ünvanında yerləşən yeni tikilidə olduğu bildirilib. Əməlakların sahəsi 105 kvadratmetr olan bir ədəd üçotaqlı və sahəsi 164-172 kvadratmetr olan iki ədəd dördotaqlı mənzil olduğu vurğulanıb.
Mənzillərin 18 mərtəbəli binanın 3-cü və 4-cü mərtəbələrində yerləşdiyi qeyd edilib.
İran bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb.
Şərhlər