Azərbaycanlı “əsgər” Qarakilsədə...
10.04.2023 12:56 Sosreaksiya 628
Erməni mediası guya “azərbaycanlı əsgərin” Ermənistan ərazisində olduğu barədə video paylaşır.
Axar.az xəbər verir ki, bir evdən çəkilən videoda azərbaycanlı olduğu bildirilən şəxsin 3 gündür azaraq, Ermənistan ərazisində olduğu, “ağacda yatdığı”, ac olduğunu deyir.
Erməni sosial şəbəkə istifadəçiləri onun “hərbi formada” olduğunu qeyd etsə də, videodakı şəxsin mülki geyimdə olduğu görünür.
Qeyd edək ki, bundan öncə “hərbi formada olan” azərbaycanlının Qarakilsədə evlərdən birinə girdiyi, erməni sakinlə ermənicə danışdığı, sonra yoxa çıxdığı və erməni polisi tərəfindən saxlandığı iddia edilmişdi.
Videoda isə azərbaycanlının ermənicə danışa bilmədiyi, hərbi formada olmadığı, yoxa çıxmadığı görünür...
Xəbər yenilənəcək...
Şərhlər