Naxçıvanda itən hərbçilərimizdən biri Ermənistanda saxlanıldı –TƏCİLİ

10.04.2023 13:36     Sosreaksiya     610

Naxçıvanda itkin 2 hərbçimizdən 1-i Ermənistan ərazisində saxlanılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Əsgərimiz bildirib ki, onunla birgə digər hərbçi də olub.

Əlverişsiz hava şəraitində yolu azaraq itən digər hərbçimizdən hələ xəbər yoxdur.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  2 hərbçimizin iytikn düşməsi barədə xəbər yayıb. Bildirlir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Reaksiya.az

Şərhlər