Səhər saatlarından indiyədək Laçın-Xankəndi yolundan 48 maşın keçib

24.04.2023 13:05     Sosreaksiya     583

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər maneəsiz keçid edib.

Xankəndidən gələn 26 maşından ibarət karvan Laçın istiqamətinə, Laçın istiqamətindən gələn 1 minik, 1 yük maşını isə Xankəndiyə gedib.

Səhər saatlarından indiyədək ümumilikdə RSK-ya məxsus 48 maşın maneəsiz keçid edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar