Beynəlxalq fondun əməkdaşı minaya düşdü, ayağı kəsildi
26.04.2023 12:54 Sosreaksiya 637
Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.
Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Reaksiya.az
Şərhlər