İRANDA AYƏTULLAH QƏTLƏ YETİRİLİB – Təfərrüatı açıqlandı
26.04.2023 13:52 Sosreaksiya 655
Bu gün İranın Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli SüleymaniBabolsər şəhərində silahlı hücum zamanı öldürülüb.
Bu haqda Mazandaran valisinin siyasi-təhlükəsizlik üzrə müavini Ruhullah Sələqi məlumat verib.
Məlumata görə, İran Milli Bankının Babolsər filialında şəxsi bank məsələlərini həll etməkdə olan Ayətullah Süleymani silahlı şəxsin hücumuna məruz qalıb və nəticədə dünyasını dəyişib.
Şahidlərdən biri hadisənin təfərrüatları barədə bunları deyib: “Ayətullah Süleymani bankda oturarkən hücum edən şəxs bankın mühafizəçisinin silahını qəfil ələ keçirib ona atəş açıb. Hadisə nəticəsində daha üç nəfər yaralanıb”.
Qeyd olunur ki, qətlə yetirilən din xadimi İranın ali rəhbəri Əli Xameneyinin Sistan və Bəluçistan əyalətindəki keçmiş nümayəndəsi və etnik bəluçların yaşadığı Zahidan şəhərinin sabiq imam-cüməsi olub.
Qatilin təhlükəsizlik qüvvələri tərəfindən artıq həbs edildiyi bildirilir.
Şərhlər