QHT şəhid ailələrini və qaziləri səyahətə aparacaq

22.03.2023 13:44     Sosreaksiya     267

“Qadın və Cəmiyyət”  Vətəndaş Maarifçiliyi ictimai birliyi  “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsinin illk tədbirini keçirəcək.

Reaksiya.az xəbər verir ki, “Qadın və Cəmiyyət”  Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd edib ki, məqsəd  müharibə iştirakçılarına   psixoloji dəstək olaraq onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, bir fərdinə çevirməkdir. Aktivliklərini artırmaq üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq. İlk səfər 24 martda şəhid  ailələri və qazilərlə Şamaxı rayonuna səyahət olacaq. Səfərdə QHT rəhbərləri və jurnalistlər də iştirak edəcəklər. Səhər, günorta yeməyi və çay, şiriniyyat  süfrəsi düzənlənəcək.

Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Şəbnəm Rəfaelqızının verdiyi xəbərə görə layihə üç ay icra olunur. 01.02.2023-01.05.2023 –cü tarixlərə qədər həssas qruplarla iş aparılacaq.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar