"Bu xəbər Azərbaycanda yalnış fikir yaratmağa xidmət edir" - Cahandar Bayoğlu

28.04.2023 17:32     Sosreaksiya     877

İranın "Azariha" saytı İrana bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunduğu barədə məlumat yayıb.

Lakin bu xəbər rəsmi mənbələr tərəfindən də nə təsdiq, nə də təkzib edilib.

 Reaksiya.az xəbər verir ki, “Turan” partiyasının sədri Cahandar Bayoğlu öz feysbuk səhifəsində paylaşım edərək, yayılan xəbərə münasibət bildirib: "Fars faşist molla rejimi Azərbaycanla bağlı kirli İnformasiya müharibəsi apararaq, dezinformasiya yaymaqla məşğuldur. İki gün əvvəl Sepahın “Azeriha” telegram kanalında "Hüseyniyyun" terror təşkilatının rəhbəri kimi təqdim olunan Tohid Ibrahimov ve həmin qurumun sözçüsü Orxan Məmmədovun həbs olunmaları ilə bağlı yalan İnformasiya yayınlanıb. Halbuki, onların həbs olunduqları deyilən vaxtda Orxan Məmmədov özünün YouTube kanalında canlı yayımda olub, Azərbaycan dövlətinə haqarətlər yağdırıb.

Partiya sədri həmçinin bir neçə gün əvvəl  Tohid İbrahimovun Zəncan Camisində namaza duranların qarşısında çıxış etdiyini, verilən bu açıqlamaların Azərbaycanda yalnış fikir yaratmağa, İranın çirkli niyyətlərinin olmasına dəlalət etdiyini qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar