Ziya Məmmədovdan növbəti - Təyinat

22.08.2015 14:43     Sosreaksiya     1894

Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyində növbəti dəyişiklik olub. 

 Reaksiya.az xəbər verir ki, Nəqliyyat Nazirliyindən  verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı əmrə əsasən, Ziya Büniyatzadə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbəri təyin olunub.

Qeyd edək ki, Ziya Büniyatzadə bundan əvvəl Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində administrativ direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, dünən Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin olunub. Nazir Z. Məmmədovun əmri ilə bu vəzifə İbrahim Əliyevə həvalə olunub.

 

Şərhlər

Çox oxunanlar